Əxlaqsızlarla necə mübarizə aparmalı?..

img

06-10-2013 [23:25]


Yaxşı bir söz var: insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. İctimai Televiziyada prezidentliyə namizədlərin iştirakı ilə keçirilən teledebatlar bizə bu adamların hansı ağlın və tərbiyənin sahibi olduqlarını müəyyənləşdirməyə imkan verdi.
Ünsiyyətdə olduğum insanların böyük əksəriyyəti teledebatlarda iştirak edən prezidentliyə namizədlərin səviyyəsindən narazıdır. Məncə, bu 10 nəfərin ən azı yeddicinin prezidentlik iddiasına düşməsi Azərbaycan xalqının keçmişinə və gələcəyinə həqarətdir. Azərbaycan xalqı söyüş dinləməyə layiq deyil. Mə-nim oğlum küçədə-bazarda eşitmədiyi söyüşləri prezidentliyə namizədlərin dilindən eşitdi. Bu adamların niyə belə həyasızlıq etməsinin səbəbini hələ də uşağa başa sala bilmirəm. Azərbaycan xalqı 21 gün ərzində hər cür sifət gördü. Açıq etiraf edim ki, prezidentliyə namizədlər üçün ayrılmış təbliğat-təşviqat müddətinin bu qədər qısa olması məni çox sevindirir. Çünki namizədlərin çoxu özlərini təbliğ yox, biabır etməklə məşğuldurlar. Müxtəlif rəy mərkəzlərinin keçirdiyi sorğularda prezidentliyə namizədlərin ək-səriyyətinin 1 faizdən az səs toplaması da bunu sübut edir.
Təxminən bir həftə sonra Azərbaycanda həyat əvvəlki axarı ilə davam edəcək. Prezident olmaq istəyən məlum buqələmunlar yenə layiq olduqları yerə qayıdacaqlar. Amma biz bu adamlara öz etirazımızı bildirməsək, beş il sonra onlar yenidən İTV-nin efirində peyda olub, zəhləmizi tökəcəklər. Bəs, nə etməli? Xeyli daşınıb-düşünəndən sonra bu qənaətə gəlmişəm ki, ən yaxşı çıxış yolu ictimai qınaqdır. Bakı kiçik şəhər olduğu üçün bizim bu adamlarla tez-tez qarşılaşmaq ehtimalımız var. Təklif edirəm ki, teledebat-larda özünü tərbiyəsiz aparan, küçə söyüşləri ilə övladlarımızın tərbiyəsini pozan bu adamları görəndə, onlara arxamızı çevirək. Qoy, hər kəs layiq olduğu qiyməti alsın!
Prezidentliyə namizədlərin arasında məndə ən çox ikrah hissi oyadan adam ASDP sədri Araz Əlizadə ol-du. İnsanın ağaran saçlarından utanmaması mənəvi deqredasiyanın əlamətidir. Mənim Araz Əlizadəyə qarşı özüməməxsus mübarizə üsulum var. Bu adam təxminən 10 gün əvvəl Facebook sosial şəbəkəsində mənə dostluq təklifi göndərib. On gün deyil, aradan 10 il keçsə də, yenə mən Araz Əlizadənin dostluq təklifinə müsbət cavab verməyəcəm. Deyirlər ki, salam Allaha məxsusdur. Allah günahımdan keç-sin, əgər nə vaxtsa Araz Əlizadə mənə salam versə, mən onun salamını almayacağam...
Teledebatlardakı çıxışları ilə zəhlənizi tökən, sizdə ikrah hissi oyadan prezidentliyə namizəd varmı? Əgər belə bir adam varsa, küçədə-bazarda qarşılaşanda ona arxanızı çevirin. Mənəvi cəhətdən şikəst olan həmin adamlara qarşı bundan effektiv mübarizə üsulu tapa bilməyəcəyik. Siz təcrübədən keçirin, nəti-cəsini birlikdə görəcəyik...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq