Britaniyada koronavirus: daha 329 nəfər öldü, 4463 nəfər yoluxdu

img

27-04-2020 [19:29]


Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 329 nəfər artıb.

Bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 21 061 nəfər təşkil edir.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 463 nəfər artaraq 152 840-a çatıb.

Bildirilib ki, Böyük Britaniyada martın 30-dan bəri ilk dəfə pandemiyadan ən aşağı ölüm göstəricisi qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR