"Boğazımız cırılana qədər oxuyuruq" - Mətanət İsgəndərli canlı efirdə telefon nömrəsini yaydı

img

11-04-2020 [12:04]


Əməkdar artist Mətanət İsgəndərli canlı efirdə telefon nömrəsini yayıb.

Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, sənətçi ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinə zəng edərək hərkəsə təkbaşına yardım edə bilmədiyini deyib: "Nə qədər zəng gəlir, insanlar kömək istəyir. Mənim o qədər imkanm yoxdur hamıya yardım edim. Xalq imkanlı adamların, sahibkarların nömrəsini bilmir. Bizim nömrəmizi bilirlər və zəng edirlər. Mənim telefon nömrəmi hər kəs bilir 0502132626 - yardım etmək istəyənlər zəng etsin. Mən tək bu qədər insana kömək edə bilmərəm. Sənət adamları toydan qazanır. Gedib boğazımız cırılana qədər oxuyuruq, gətiririk. Ailədə işləyən tək adamam. Bütün külfəti dolandırıram". 

Müğənni efir vasitəsilə imkanlı şəxslərə səslənərək ona dəstək olmalarını istəyib: "İmkanlı şəxslər, mənə dəstək olsunlar, lap bazarlığı özüm edib, aparıb verəcəm ailələrə".


Digər xəbərlər
SON XƏBƏRLƏR