Dünyada işsizlik səviyyəsi artacaq - Beynəlxalq hesabat

img

10-04-2020 [16:10]


Bədbin ssenari ilə dünyada işsizlik səviyyəsi 2020-ci ilin dekabr ayında 10,1%, 2021-ci ilin mart ayında isə 10,6%-ə çata bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Baza ssenari reallaşacağı halda agentlik 2020-ci ilin sonunda 6,5%, 2021-ci ilin martında isə 6,7% səviyyəsində işsizlik olacağını gözləyir.

“Bu gözləntilər iqtisadi fəallığın gözlənilməz və ümumi yayılmış yavaşlamasını əks etdirir. Bu, əvvəlki böhranlarda belə deyildi. Nəticədə işsizliyin səviyyəsi sürətlə artmağa başlayıb. Bir çox sektor və bölgələrdə ciddi və genişmiqyaslı kredit sarsıntıları yaşanır”, - məlumatda deyilir.

Agentliyin analitikləri hesab edir ki, vəziyyət inkişaf etdikcə koronavirusun yayılmasının istehlakın əhəmiyyətli dərəcədə azalmasına, gəlirləri azalan, bu səbəbdən də işçilərini ixtisara salan şirkətlərin işinin pozulmasına, şirkətlərin defoltlarının kəskin artmasına səbəb ola biləcəyi aydın olur.


Digər xəbərlər
SON XƏBƏRLƏR