"Məqsədimiz qiymət artımını ötənilki səviyyədə saxlamaqdır" - Əli Əsədov

"Məqsədimiz qiymət artımını ötənilki səviyyədə saxlamaqdır" - Əli Əsədov

GÜNDƏM

09.04.2020, 11:43

"2019-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib və illik inflyasiyanın minimal səviyyəsi 2,6% təşkil edib".

Bunu baş nazir Əli Əsədov Milli Məclisdə, hökumətin hesabatını təqdim edərkən deyib.

"Məqsədimiz 2020-ci ildə də qiymət artımını ötənilki səviyyədə saxlamaqdır", - deyə o, qeyd edib.

Bundan başqa, hökumət başçısının sözlərinə görə, ötən il ölkədə işsizliyin səviyyəsi 4,8% olub ki, bu da olduqca yaxşı göstərici hesab edilir.

"2019-cu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 9,91 milyard ABŞ dolları təşkil edib ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 18,9%-ni təşkil edib”/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR