Türkiyədə hərbi zavodda partlayış baş verib - Yaralananlar var

img

07-04-2020 [16:51]


Türkiyənin “Roketsan” hərbi zavodunda partlayış baş verməsi nəticəsində 3 nəfər yaralanıb.

Bu barədə Ankara valiliyi açıqlama yayıb.

Bildirilib ki, "Roketsan" yanacaqdoldurma depolarında meydana gələn partlayış nəticəsində ölən olmayıb.

Qeyd edək ki, Roketsan Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyinə aiddir. Zavod 1988-ci il iyunun 14-də təsis edilib. 3 minə yaxın əməkdaşı var. Mənzil-qərargahı Ankarada yerləşir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR