Azərbaycanlıların yığcam yaşadığı Bolnisidə 8 nəfərdə ölümcül vurus çıxdı

img

06-04-2020 [12:59]


Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda əhali arasında tibbi yoxlamanın birinci mərhələsi başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bələdiyyədə 48 min nəfərin termoskriniq metodu ilə hərarəti ölçülüb.

Bolnisinin İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Maka Mamardaşvili bildirib ki, rayonda koronavirusa 8 yoluxma halı təsdiqlənib.

O deyib ki, Bolnisidə 208 nəfər özünütəcriddə, 37 nəfər isə karantindədir.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 188 nəfər yoluxub. Onların 36-sı sağalıb, 2-si isə ölüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR