Teledərslərin aprelin 1-nə olan cədvəli açıqlandı - CƏDVƏL

img

31-03-2020 [14:58]


Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprel ayının 1-nə olan cədvəli açıqlanıb.

Mia.az cədvəli təqdim edir: 

Azərbaycan bölməsi  

10:00-da Fiziki tərbiyə, saat 10:10-da XI sinif üzrə Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya, saat 11:05-də X sinif üzrə Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 11:40-da IX sinif üzrə Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 12:20-də V sinif üzrə İngilis dili, Riyaziyyat, Azərbaycan dili, Təsviri incəsənət, saat 13:05-də II sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Musiqi, 13:30-da I siniflərə Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri nümayiş olunacaq.

Rus bölməsi 

Saat 14:00-da II sinif üzrə Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 14:20-də VIII sinif üzrə Rus dili, Riyaziyyat, Fizika, saat 14:55-də X siniflərə Rus dili, Biologiya, Fizika, 15:30-da XI siniflər üçün Kimya, Biologiya, Coğrafiya dərsləri yayımlanacaq.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA