DÖVLƏTİMİZƏ, ONUN GÜCÜNƏ, HÜMANİST İDEYALARINA ARXALANIRIQ... -  Əməkdar müəllim yazır

img

20-03-2020 [18:47]


SƏXAVƏT TAĞLAR,

Əməkdar müəllim, yazıçı.

***

"Novruz-2020" Azərbaycan və azərbaycanlılar üçün yaddaqalan oldu.

Dünyanı lərzəyə gətirən koronavirus təhlükəsi Dövlət Proqramı çərçivəsində vətəndaş yardımına çevrildi. Kütləvi tədbirlər, toy-büsat, insanların gür olduğu yerlərə gediş-gəliş, tədris və təlim-tərbiyə prosesi dayandırıldı.

"Evdə qal, sağlam qal" çağrışı qayğı və diqqətin təzahürü oldu. Bulanıq suda balıq tutmaq istəyən işbazların oyunu ilə də rastlaşdıq. Yaranmış vəziyyətlə bağlı insanların ehtiyac düyduğu ərzaq və tibbi ləvazimatların qiyməti kəlləçarxa çıxdı. Bu azmış kimi yanlış informasiya və panikalar beynimizi dəldi.

Təzadlı informasiyalarla baş-başa qaldıq.

"Nə edək, necə edək! Çıxış yolumuz nədədir?!"- düşüncələrində ikən ölkə başcısı cənab İlham Əliyevin müvafiq əmr və göstərişləri, Novruz Bayramı ilə bağlı xalqa təbriki, sevgi ilə qarşılanan çoxsaylı mesajları təsəllimiz oldu.

Novruz günlərində qardaş Türkiyədə yaşayan, məşhur azərbaycanlı iş adamı, " Palimali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun FETÖ istintaqı çərşivəsində saxlanılması da içtimai fikirdə geniş yer aldı. Hər kəs xeyriyyəçi Mübariz bəyə öz sevgisini bildirdi, ona azadlıq şüarları ilə çıxış etdi. Təbii ki, söz istintaqındır, Mübariz Mənsumov söylədiyi kimi haqqa güvənir və haqqdan böyük ədalət tanımır. Və inanırıq ki, qardaş Türkiyə Respublikasının istintaq orqanları da haqqı rəhbər tutacaqlar. Bu öz yerində. Ancaq bu günlərdə Mübariz bəyin xidmətlərinə gölgə salmaq, əks fikir söyləmək, ona qarşı xalq sevgisini dilə gətirməyi qəbahət bilmək heç bir məntiqə sığmır...

Nə xoş oldu ki, Prezident ailəsinin övladı, onun nümunəsində böyüyən, mükəmməl gəncimiz Heydər İlham oğlu Əliyev də sosial mediada Mübariz Mənsumov məsələsinə yanaşım etdi. Onun mövqeyi, Prezident ailəsinin və övladının sadə, insanlarla birgə olma, hamı kimi eyni cərgədə fikir söyləmə baxımından yüksək dəyərləndirildi.

Neftin qiymətinin dünya bazırda düşməsi media üçün əsas mövzu olduğu kimi, dolların məzənnəsinin artacağı versiyası da gündəmi zəbt etdi. Mərkəzi Bankın və digər bankların iş rejmindəki gərginlik narahatlıq doğrudu. İnsanlar növbədən əziyyət cəkdilər. Mərkəzi Bankın valyuta hərracında növbə gözələyən kim, əmək haqqı, torpaq, pensiya, müavinət və sairə kartı alan kim, əməliyyat aparan kim...

Nə isə! Bazar və dükanlarda da bir gənginlik yarandı. İnsanlar gündəlik təlabatlarından artıq almaq, nəyinsə olmayacağı və qutaracağı psixoloğiyasında oldular. Elə tez bir zamanda da aydınlıq gəldi, hər şey qaydaya düşdü.

...Gündəlik ailə, iş, içtimai və sosial qayğılar nə qədər gərgin olsa belə içimizdə bir həyacan yaşanır: Koronavirus həyacanı! Yenə də ümidimiz dövlətədir, İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahadır.

Qərərgahın məlumatları hər bir Azərbaycan vətəndaşı üçün əsasdır. Yalnız uğurlar! Xoş xəbərlər eşidək Operativ Qərərgahdan! Bütün stuasiyalarda dövlətimizə, onun gücünə, hümanist ideyalarına arxalanırıq. Ulu Tanrı dövlətimizi və xalqımızı qorusun! Qəlbinizdən Vətən sevgisi əskik olmasın.


Digər xəbərlər
SON XƏBƏRLƏR