Məşhur müğənni də ölümcül virusa yoluxdu: "Diqqətli olun" + FOTO

img

18-03-2020 [21:01]


Dünyada koronavirusa yoluxmuş sənətçilərin sırasına 19 yaşlı amerikalı müğənni Şarlotta Lourens də qoşulub.

“HaberTürk” xəbər verir ki, o, bunu sosial şəbəkə vasitəsilə açıqlayıb.

Sənətçi insanları bayıra çıxmamağa, yaxınlarına diqqət yetirməyə çağırıb.

Lourens israrla küçəyə çıxmaq istəyənlərin eqoist olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 7 568 nəfərdir. Virus qurbanlarının sayı isə 117-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 170 ölkədə qeydə alınıb/Report.

img
Digər xəbərlər
SON XƏBƏRLƏR
16:53 01.04.2020

VİCDAN