"Mübariz Mənsimovun Bakıda boşanma işi üzrə..."- Aslan İsmayılov nələri açdı?

img

17-03-2020 [21:37]


Tanınmış hüquqşünas Aslan İsmayılov Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovu müdafiə etməməsi ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.

Mia.az xəbər verir ki, A.İsmayılov bu mənada qaranlıq qalan bütün məsələlərə aydınlıq gətirib:

"İş adamı Mübariz Mənsimovu müdafiə etmədiyim üçün mənə çoxlu sayda suallar ünvanlayıb israrla onu müdafiə etməyimi tələb edənlər var. Bilməyənlərin nəzərinə çatdırıram ki, M.Mənsimovun Azərbaycanda həyat yoldaşının xəbəri olmadan boşanması ilə bağlı iş üzrə 3 ildən artıq həyat yoldaşının vəkili olmuşam.

Bu barədə onlarla yazılarım elə bu səhifələrimdə olub. Bu səhifələrdə paylaşdığım sübutlara baxmadan, o cümlədən, boşanma işi üzrə məhkəmə olan vaxtlarda həyat yoldaşının Azərbaycan sərhədlərini keçmədiyini təsdiq edən Sərhəd Xidmətinin arayışına rəğmən, M.Mənsimovun hakimiyyətdə olan dayaqlarının səyi nəticəsində qanunsuz məhkəmə qərarları bütün məhkəmə instansiyalarında gücündə saxlandı. Elə buna görə bu barədə danışmağım düzgün olmazdı".

Hüquqşünas iş adamı haqda çox şey bildiyini vurğulasa da, hazırki vəziyyətdə bunların açıqlanmasını düzgün saymadığını qeyd edib: "Bundan başqa həmin 3 ili və son vaxtlar onun haqqında bildiyim çox şeylər var və bu ərəfədə, M.Mənsimovun dar günündə onların açıqlanmasını, mövqe sərgiləməmi də düzgün saymıram. İstənilən halda çoxlu sayda həmvətənimizi qardaş Türkiyədə işlə təmin edən bir iş adamının həbsinə sevinmək olmaz. Tezliklə haqq-ədalətin təmin edilməsini arzulayıram. Məndən bu qədər. Allah köməyi olsun".


Digər xəbərlər
SON XƏBƏRLƏR