Oğul atanı öldürdü, qardaşını bıçaqladı

img

12-03-2020 [12:26]


Martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılıb.

Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA