Manaf Ağayevdən Xəzər TV-nin "qara siyahıs"ına düşməsinə reaksiya: "Murad bəy belə məsləhət bilirsə..."

img

11-03-2020 [21:00]


Müğənni Manaf Ağayev Xəzər TV-nin qara siyahısına düşmə xəbərinə münasibət bildirib. 

İfaçı qərarla razı olduğunu bildirib: “Mən Murad bəyin özünə, həm də sənətinə böyük hörmətim var. O, belə məsləhət bilirsə, belə də olsun. Ona dünya boyda hörmətim var. “Hər şey daxil” verilişində baş verənlərdə isə, mənim heç bir günahım yoxdur”.

Qeyd edək ki, Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. O, “Xəzər”in efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub. /Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR