Belçikada koronavirusdan ilk ölüm qeydə alındı

img

11-03-2020 [14:22]


Qərbi Avropanın daha bir ölkəsində koronavirusdan ölüm faktı qeydə alınıb.

“Report” “Belga” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölən şəxsin 90 yaşı olub.

Qeyd edək ki, Belçikada indiyədək koronavirusa 267 yoluxma faktı aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 120 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 389-a çatıb. Bunların 66 583 nəfəri sağalıb, 4 301 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR