Bu nazirliklərin rəsmi saytlarında problem yaranıb - SİYAHI

Bu nazirliklərin rəsmi saytlarında problem yaranıb - SİYAHI

PRESS

07.03.2020, 17:51

Hazırda Azərbaycanın bir sıra dövlət qurumlarının saytlarına girişlə bağlı problemlər yaranıb.

“Report” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin, Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin saytları fasilələrlə işləyir.

Belə ki, son 30-40 dəqiqədən çoxdur bu saytlara giriş ya mümkün olmur, yaxud da onlar çətinliklə açılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova məsələ ilə bağlı “Report”a bildirib ki, saytların açılmamağı ilə bağlı nazirliyə rəsmi müraciət edilməyib: “Bu cür hallar adətən yüklənmə prosesində olur. Elektron Təhlükəsizlik Xidmətinə bu halın araşdırılması üçün artıq müraciət etmişik”. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR