"QARŞISINI ALA BİLMİRİK" - Yaponiya koronavirusla bağlı 20 günlük fövqəladə vəziyyət rejiminə keçdi

img

28-02-2020 [15:18]


Yaponiyanın Hokkaydo prefekturasında koronavirusla bağlı martın 19-dək fövqəladə vəziyyət elan olunub.

Mia.az “Reuters”ə istinadla xəbər verir ki, Yaponiyanın ən şimal prefekturası olan Hokkaydoda koronavirusun yayılması ilə əlaqədar sakinlərdən evdən çıxmamaq xahiş olunub.

Şəhər rəhbəri Naomiçi Sudzuki virusun qarşısında aciz olduqlarını etiraf edib: “Virusun qarşısını almaq üçün əlimizdən gələni etsək də, virus yayılmağa davam edir”.

Xatırladaq ki, Yaponiyada indiyədək 226 koronavirusa yoluxub, 5 nəfər ölüb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR