Bəxtiyar Hacıyevin 29 saylı dairə ilə bağlı iddiasına "yox" deyildi - Məhkəmə qərarı

img

21-02-2020 [15:38]


Bakı Apelyasiya Məhkəməsində 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb.

APA-nın məlumatına görə, keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, MSK bir müddət əvvəl Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Şikayət əsasında 6 məntəqənin nəticəsi ləğv edilib. Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib.

Xatırladaq ki, 29 saylı Səbail Seçki Dairəsindən lider namizəd Nigar Arpadaraidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 03.04.2020

DİN işçi axtarır