MSK 107 saylı dairədə yayılan "Sənin üçün ölüb, bizim üçün yox" videosunu araşdırıb

img

20-02-2020 [20:03]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sosial şəbəkələrdə yayılan “Sənin üçün ölüb, bizim üçün ölməyib” videogörüntüsü müzakirə edilib. 

İclasda həmin dairə üzrə namizəd Ramin Göyüşovun şikayəti barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, videogörüntü 107 saylı Qazax seçki dairəsində qeydə alınıb. 

MSK üzvü qeyd edib ki, həmin videoda öldüyü deyilən vətəndaş ölməyib: “Sadəcə həmin şəxs bir neçə müddət bundan əvvəl rayondakı evindən övladını götürərək Bakıya köçüb. Videonu çəkən şəxs həmin qadının öldüyünü məcazi mənada deyib. Biz həmin görüntüləri araşdırıb və bir neçə mənbədən təsdiqləmişik ki, həmin qadın həyatdadır”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA