"Neftçi" klubunun keçmiş futbolçusu vəfat edib

img

20-02-2020 [14:46]


"Neftçi" klubunun keçmiş futbolçusu Vitali Xluçin dünyasını dəyişib.

Klubdan Mia.az-a verilən məlumata görə, veteran yarımmüdafiəçi 80 yaşında vəfat edib.

"Neftçi" yayımladığı başsağlığı mesajında V.Xluçinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, V.Xluçin 1959/1960, 1963/1964 və 1966-cı ildə "ağ-qaralar"ın formasını geyinib. Həmçinin o, "Polad" (Sumqayıt), "Araz" (Naxçıvan) klublarında da çıxış edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA