Polis bu rayonlarda əməliyyat keçirib - Saxlanılanlar var

img

17-02-2020 [13:44]


Daxili işlər orqanları tərəfindən naktotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayan A.Məhərrəmovun evindən 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Kəpəz RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Qoşqarov saxlanlıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 555 qram marixuana aşkar edilərək götürülüb.

Neftçala RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Yenikənd kənd sakini Z.Nağıyevdən isə şəxsi axtarış zamanı 445 qram marixuana aşkar edilərək götürülüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA