MSK sədri: "Məntəqələrdə çəkiliş niyə olmasın ki?"

img

13-02-2020 [18:25]


MSK sədri Məzahir Pənahov bugünkü iclasda narazı namizədlərlə bağlı da danışıb.

Mia.az xəbər verir ki, o, qələbə qazanmayan namizədin narazı qalmasını təbii sayıb: “Burada heç bir təəccüblü məsələ yoxdur. O, narazı olmasa, təəccüblü olar”.

MSK sədri məntəqələrdəki çəkilişlərə də toxunub.

Deyb ki, məntəqələrdə çəkilişin aparılıb-aparılmaması MSK-nın səlahiyyətində deyil: "Müşahidəçinin məntəqələrdə qeyd etmək hüququ var. "Məntəqələrdə çəkiliş niyə olmasın ki?"Bu, harada yazılıb ki?".

O bildirib ki, insanlar yerlərdə müşahidə etdiyi məlumatları sosial şəbəkələrə yerləşdirirlər: “Biz bunu edənlərə minnətdarlığımızı bildiririk. Çünki onların yerləşdirdikləri videolarla bağlı araşdırmalar aparırıq. Ancaq bundan da sui-istifadə edənlər var".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA