Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq

Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq

İQTİSADİYYAT

13.02.2020, 12:37

"Bu il Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bu il iki idxal-karantin məntəqəsinin yaradılması nəzərdə tutulur: "Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq heyvan, bitki mənşəli və qida məhsullarının idxalı üçün nəzərdə tutulmuş idxal-karantin məntəqələrinin layihələnməsi həyata keçiriləcək".

Q.Təhməzli əlavə edib ki, növbəti illərdə də Azərbaycanın digər idxal olunan sərhəd-keçid məntəqələrindən kənar yerlərdə də belə məntəqələrin qurulması planlaşdırılır: "İdxal-karantin məntəqələrində heyvanların identifikasiyası və qeydiyyatı da həyata keçiriləcək".

Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR