AFFA açıqlama verdi: "Yılmaz Vural Bakıya dəvət olunub, amma..."

img

19-09-2013 [21:28]


"Milli komandanın baş məşqçisi Berti Foqtsdur və ilin sonuna qədər onunla müqaviləmiz var. Mövsüm bitəndən sonra onun millidə qalıb-qalmayacağı haqda AFFA İcraiyyə Komitəsi qərar verəcək”.

Qol.Az saytına açıqlamasında bu sözləri AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu türkiyəli mütəxəssis Yılmaz Vuralın Azərbaycan milli komandasından təklif alması xəbərinə münasibət bildirərkən deyib.

Qeyd edib ki, Y.Vuralın AFFA prezidenti Rövnəq Abdullayevlə görüşəcəyi barədə heç bir rəsmi məlumat yoxdur: "Yılmaz Vuralın Türkiyə mətbuatına açıqlaması ilə tanışam. O, AFFA tərəfindən yox, kənar şəxs tərəfindən Bakıya dəvət olunub”.

Qeyd edək ki, Yılmaz Vural Türkiyə mətbuatına verdiyi açıqlamasında Bakıya dəvət olunduğunu və səfər zamanı AFFA prezidenti ilə görüşəcəyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA