"Beşiktaş" - "Qalatasaray" derbisi ilə bağlı cəzalar açıqlandı

img

27-09-2013 [09:30]



Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın V turu çərçivəsində keçirilmiş "Beşiktaş" - "Qalatasaray" oyunu ilə bağlı qərarını açıqlayıb. 

TFF İntizam Komitəsi meydan sahibləri olan "Beşiktaş"a 4 oyunluq azarkeşsiz oynama cəzası verib. 

"Qara qartal"ın baş məşqçisi Slaven Biliç isə hakimlərə etiraz etdiyi üçün 3 oyunluq cəzalandırılıb. Derbinin son dəqiqələrində qırmızı vərəqə ilə cəzalandırılan "Qalatasaray"ın braziliyalı yarımmüdafiəçisi Felipe Melo iki oyun komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" matçı hesab 1:2 olarkən meydan sahiblərinin azarkeşlərinin stadiona daxil olması səbəbindən sona 2 dəqiqə qalmış hakim oyunu təxirə salmışdı. Bu matçın nəticəsi ilə bağlı hələlik qərar verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA