Beynəlxalq reytinq agentliyi SOCAR-la bağlı qərarını verdi

img

28-01-2020 [20:46]


“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini (IDR) və prioritet təminatsız reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz isə “Sabit”dir

Mia.az SOCAR-a istinadla xəbər veirr ki, SOCAR-ın reytinqi Azərbaycanın reytinqinə (BB + / sabit) uyğun hesab olunub: "Bu uyğunluq şirkətə maliyyə təminatı, nağd ödəmələr və kapital qoyuluşları şəklində göstərilən dövlət dəstəyinə, həmçinin SOCAR-ın sosial funksiyalarına və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyətinə əsaslanır".

Reytinqdə SOCAR-ın sosial rolu da nəzərə alınır/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA