TİBBİ SIĞORTA: maliyyələşmə necə aparılacaq?
22-01-2020 [14:07]
“Tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləğidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edilən şərtlərə riayət edilmədiyi hallarda (ailə həkiminə müraciət etmədən) tibbi xidmətlərə tətbiq edilir (KT, MRT xidmətləri istisna olmaqla)”.
Bunu APA-nın sorğusunu cavablandırarkən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. O bildirib ki, müştərək maliyyələşmə məbləği ambulator və stasionar tibbi yardım üçün tibbi xidmətin dəyərindən asılı olmayaraq tibbi xidmətə tətbiq və Xidmətlər Zərfində müəyyən edilən sabit bir məbləğdir: "Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq. Lakin vətəndaş tərəfindən Xidmətlər Zərfində müəyyən edilən şərtlərə uyğun olaraq (ilkin olaraq ailə həkiminə müraciət, ailə həkiminin göndərişi əsasında ixtisaslı həkimə müraciət olunduqda) icbari tibbi sığorta təminatı çərçivəsində tibbi yardımın göstərilməsi üçün müraciət olunduğu halda müştərək maliyyələşmə məbləği ödənilmir. Həmçinin təcili və təxirəsalınmaz ambulator və stasionar tibbi yardım xidmətinə müştərək maliyyələşmə məbləği tətbiq edilmir. O cümlədən, hamilə qadınların birbaşa ixtisaslı tibbi yardım üçün (ginekoloji xidmət) müraciəti zamanı müştərək maliyyələşmə məbləği ödənilmir”.
V. Qurbanov qeyd edib ki, beynəlxalq təcrübəyə nəzər salsaq, sığortaolunan tərəfindən ödənişi nəzərdə tutulan mexanizmlərin (co-payment, deductible) icbari tibbi sığorta təminatına daxil olan xidmətlərə tətbiq edilməsi geniş istifadə edilən vasitələrdən biridir. Onun sözlərinə görə, həmin mexanizmlər fərqli ölkələrdə fərqli şərtlərlə (miqdarı və istifadə tezliyi) tibbi xidmətlərə tətbiq edilir: “Dünya təcrübəsinə əsasən, əksər hallarda ambulator tibbi xidmətlərə müştərək maliyyələşmə məbləği tətbiq edilir. Bununla yanaşı bir sıra ölkələrdə stasionar tibbi xidmətlərə də müştərək maliyyələşmə məbləği tətbiqi edilir ki, bu da sığortaolunana göstərilən tibbi xidmətin dəyərindən asılı olaraq müəyyən edilmiş faiz nisbətinə əsasən təyin edilir. Məsələn, Estoniyada ixtisaslı həkimə hər bir gəlişə 5 avro, ailə həkiminin evə gedişinə 5 avro, stasionarda yatışa görə hər günə maksimum 2.5 avro, ümumi bir müraciətə görə 25 avrodan çox olmamaq şərtilə müştərək maliyyələşmə məbləği tətbiq edilir.
Cənubi Koreyada xəstəliklərin ambulator şəraitdə müayinə və müalicəsi üçün tələb olunan tibbi xidmətlərə, xidmətlərin dəyərindən asılı olaraq xəstəxanaların səviyyəsinə görə 30%-dən 60%-dək müştərək maliyyələşmə məbləği tətbiq edilir. Xəstəliklərin stasionar şəraitdə müayinə, müşahidə və müalicəsi üçün tələb olunan tibbi xidmətlərə, xidmətlərin dəyərindən asılı olaraq xəstəliklərin növünə görə 5%-dən 20%-dək müştərək maliyyələşmə məbləği tətbiq edilir.
Litvada dəyəri yüksək olan funksional, instrumental tibbi müayinələr (məsələn, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası) üçün sığortaolunana göstərilən tibbi xidmətin dəyərindən asılı olaraq 10%-dən 20%-dək müştərək maliyyələşmə məbləği tətbiq edilir. Digər hallarda isə sığortaolunan tərəfindən tibbi xidmətə görə sabit məbləğin ödənilməsi həyata keçirilir. Məsələn, ambulator tibbi yardım zamanı ixtisaslı həkimə hər bir gəlişə görə, stasionar tibbi yardım zamanı yatış xərclərinin hər bir yatış gününə görə və s. kimi tibbi xidmətlərə tətbiq edilən requlyator mexanizmlər var”.
Qeyd edək ki, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində nəzərə tutulmuş tibbi xidmətlərdən istifadə zamanı tibbi xidmətlərə tətbiq edilən müştərək maliyyələşmə məbləğləri (tibbi xidmətin tarifinin sığortaolunan - sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxs tərəfindən ödənilən hissəsi) aşağıdakı qaydada müəyyən edilir:
- sığortaolunan ailə həkiminin (sahə pediatrı, sahə terapevti) göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 manat və tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 15 manat;
- sığortaolunan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 5 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 30 manat;
- sığortaolunan qeydiyyatda olduğu inzibati ərazi üzrə tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 15 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 90 manat.
Sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyir.
Prezident İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşüb
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama