Ana Prezident və Mehriban Əliyevadan kömək istədi: "Yalvarıram, 16 yaşlı oğluma kömək edin..." - FOTO
CƏMİYYƏT
05.02.2020, 09:23
Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 78-də yaşayan Musayeva Sultan Şura qızı Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edib.
Mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:
***
Çox hörmətli möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva!
1988-ci ildə erməni zülmü ilə yurd-yuvasından didərgin düşmüş sadə bir ailənin üzvü, bir ana olaraq diqqətinizə çatdırıram ki, övladlarımdan biri – 2007-ci il təvəllüdül Kənan Musa oğlu Musayev ta 6 ayləğından bu gündək, yəni ötən 13 ildə Azərbaycan da daxil olmaqla, Rusiya və İranda düz 17 dəfə gözlərindən əməliyyat olunub. Həkimlər onun hər iki gözünə anadangəlmə qlükoma (göz) diaqnozu qoyublar, onun da burada müalicəsinin olmadığını deyirlər. Hazırda müalicəsi davam edir, hər üç aydan bir məcbiri əməliyyata salınır. Belə bir vəziyyətdə, o, əlillər üçün nəzərdə tutulan məktəbdə oxuyur.
Bütün diqqətimizin balaca övladımızın üzərində olduğu anda, böyük oğlum – 5 mart 2004-cü il təvəllüdlü 10-cu sinif şagirdi Sənan Musa oğlu Musayevin də bu ilin yanvarın 10-da qəfildən ürəyində çox ciddi problem yarandı. Təcili xəstəxanaya apardıq. İlkin müqayinədən sonra oğlum dərhal Respublika Uşaq Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirildi.
Həkimlərin analizinə görə, Sənan Musayevin ürəyinin 80 faizi işləmə qabiliyyətini itirib, sol boşluqlarda ciddi böyümə gedib, mədəciyi ciddi dilatasiya olunub. Rəsmi son dəqiq diaqnozu belədir: dilatasion kardiomiopiya. Pulmonar venoz hipertenziya.
Çox hörmətli Prezidentimiz və Mehriban xanım Əliyeva, yanvarın 19-da Sənan Musayevin vəziyyətinin daha ağırlaşmasından sonra, o, həkimlərin məsləhəti ilə Respublika Uşaq Kliniki Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə köçürüldü.
Bu mərkəzin həkimləri də deyir ki, oğlumun burada – Azərbaycanda müalicəsi mümkünsüzdür. Ona mütləq xaricdə ürək köçürülməldir.
Həkimlərin məsləhəti ilə İlkin olaraq bu müalicə və ürək köçürülməsi ilə bağlı Belarusdakı xəstəxanalarla maraqlandıq. Biz Belarus Respublikasının Kardiologiya Elmi Mərkəzinin həkimləri ilə danışdıq. Onlar Azərbaycandakı həkimlərin dediyi diaqnozu təsdiqləyib, övladımıza ürək köçürə biləcəklərini və onu həyata qaytara biləcəkləri haqda ümid verdilər. Ancaq bunun üçün elə müalicə xərci deyildi ki, inanın, bu məbləği bütün daxili imkanlarımızı səfərbər eləsək də, çox təəssüf ki, qarşılaya bilmirik.
Çox hörmətli Prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyeva, son ümidimiz Sizədir. Bütün Azərbaycan xalqı kimi, biz də Sizin uşaqlara, onların qayğılarına, səhhətlərinə necə həssas və doğma yanaşdığınızı çox gözəl bilir, alqışlayır, qürur və fəxr hissi ilə danışırıq. Allah Sizləri bu xalqın üzərindən əskik etməsin, daim bu dövlətin və xalqımızın başının üstündə hər zamankı kimi vüqarlı durasınız.
İnan, hər iki övladımın xəstəliyi bizi maddi baxımdan çox ağır vəziyyətə salmasaydı, işinizin həddən artıq çox olduğu bir ərəfədə, böyük acılar içində olan bir ana olam da, Sizi qətiyyən narahat etməzdik. Amma çox çıxılmaz vəziyyətdə qalmışıq.
Ona görə, bir ana kimi Sizə üz tutub, xahiş edir, yalvarıram: hal-hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində ağır vəziyyətdə müalicə olunan 10-cu sinif şagirdi olan oğlum Sənan Musayevin müalicəsini şəxsi nəzarətinizə götürüb, onun yaşamasına, həyata dönməsinə kömək edin.
İnanırıq, əminik ki, Siz bizim bu müraciətimizi tezliklə nəzarətinizə götürüb, 16 yaşlı Sənan Musayevin müalicəsi ilə maraqlanıb, dərhal müvafiq tapşırıqlar verəcəksiniz.
Göydə Allah, yerdə Sizdən başqa heç bir dayağımız, güman yerimiz yoxdur. Ona görə, bir daha yalvarıram sizə, bizə yardım əlinizi uzadıb, oğlumun həyata qayıtmasına köməklik göstərəsiniz. Əminik ki, övladımızın sağalıb, ailəmizə, məktəbli dostlarlnın arasına dönməsi üçün əlinizdən gələni edəcək və bizi sevinc gözyaşlarına qərq edəcəksiniz.
Allah Sizə yar və yardımçı olsun!
Böyük hörmətlə; Musayeva Sultan Şura qızı
Əlaqə nömrələri: 055 731 30 51
19 yanvar 2020-ci il"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Cəsarətin siyasəti: Ərdoğan və Türkiyənin Yüksəlişi" – 32 liderə kitab və adları yazılan qələm hədiyyə olunub (FOTOLAR)
Bugün, 00:26 GÜNDƏM
-
Ərdoğan Melonidən xahiş etdi: “Aİ-yə üzvlük məsələmizdə maneələri aradan qaldıraq”
Bugün, 00:17 DÜNYA
-
Rusiyada yanacaq böhranı: dizel və benzin ixracı qadağan olunub
Bugün, 00:06 İQTİSADİYYAT
-
Yunanıstan Baş naziri: “Türkiyə qonaqpərvərliyinə söz ola bilməz” - "Digər ölkələrin seçimlərinə şərh vermək mənim işim deyil"
Bugün, 00:05 SİYASƏT
-
Baş nazir: “Nüvə potensialımızla NATO ölkələrinə töhfə verməyə hazırıq”
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
ABŞ ordusu İranın Bəndər Abbas bölgəsinə zərbələr endirib
08.07.2026, 23:49 GÜNDƏM
-
Cənubi Koreyanın Birinci xanımından Əminə Ərdoğana jest... - FOTO
08.07.2026, 22:00 DÜNYA
-
Tramp Türkiyədən ayrıldı
08.07.2026, 21:47 GÜNDƏM
-
Sel Qax–Balakən dəmiryol xəttini sel basdı - Qatarların hərəkət marşrutu müvəqqəti dəyişdirilib
08.07.2026, 19:39 CƏMİYYƏT
-
Bakıda 41 yaşlı ər arvadını öldürdü, daha sonra isə...
08.07.2026, 18:47 KRİMİNAL
-
Müğənni Niyam Salamini aldadıblar
08.07.2026, 18:19 ŞOU-BİZNES
-
Milyonlar qazanan iki biznesmenin sonu: biri özünü öldürüb, digəri... - TƏFƏRRÜAT
08.07.2026, 18:00 KRİMİNAL
-
Polisdən “Any Unboxing”ə qarşı əməliyyat: saxlanılanlar var - 2.5 milyonluq zərər var + VİDEO
08.07.2026, 17:44 GÜNDƏM
-
Tramp Türkiyədən növbəti əmri verdi: “İranı daha sərt vurun, onlar dəlidir!” - “Putin və Zelenski razılaşma istəyirlər”
08.07.2026, 17:30 GÜNDƏM
-
NATO Liderləri Zirvəsinin yekun bəyannaməsi: 50 milyard dollarlıq əlavə sərmayə və… - DETALLAR
08.07.2026, 17:20 GÜNDƏM
-
Prezident İlham Əliyev onlara vəzifə verdi - Sərəncam
08.07.2026, 17:07 GÜNDƏM
-
Prezident "İçərişəhər"lə bağlı fərman imzaladı - Dəyişiklik
08.07.2026, 17:03 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
08.07.2026, 17:00 İQTİSADİYYAT
-
Daha iki vəkilə töhmət verilib, dörd vəkilə isə xəbərdarlıq olunub
08.07.2026, 16:57 CƏMİYYƏT
-
“Mənim saxlanılmağım barədə məlumat doğru deyil" - YAP-ın keçmiş funksionerindən iddialara reaksiya
08.07.2026, 16:35 SİYASƏT
-
QHT rəhbərinə hökm oxundu
08.07.2026, 16:17 SİYASƏT
-
Balakəndə 43 yaşlı kişini sel aparıb
08.07.2026, 16:05 CƏMİYYƏT
-
Şuşa Dövlət Qoruğunun səlahiyyətləri artırıldı - FƏRMAN
08.07.2026, 15:54 MƏDƏNİYYƏT
-
Prezident bir qrup diplomata diplomatik rütbələr verdi - SİYAHI
08.07.2026, 15:20 GÜNDƏM
-
İncəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edilib - DİM-dən açıqlama
08.07.2026, 15:13 MƏDƏNİYYƏT
-
Fazil Mustafa spikerin müdafiəsinə qalxdı: "Sahibə Qafarova "Slavyan"dan əvvəl..."
08.07.2026, 15:07 SİYASƏT
-
"Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək
08.07.2026, 14:55 GÜNDƏM
-
Belçika Baş naziri Trampın iradını haqlı saymadı
08.07.2026, 14:32 DÜNYA
-
Əlahiddə Ümumqoşun Ordu komandanına birinci müavin təyin olunub - O, kimdir?
08.07.2026, 14:21 GÜNDƏM
-
Baş nazir Ankarada sammitdə elə ittiham irəli sürdü ki… - “Ölkəm Türkiyənin təhdidi altındadır”
08.07.2026, 14:19 GÜNDƏM
-
Sammit başladı: Ərdoğan NATO Liderlərinin görüşündə mühüm mesajlar verdi - FOTOLAR
08.07.2026, 14:12 GÜNDƏM
-
Vəkil Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
08.07.2026, 14:02 SİYASƏT
-
Zakir Həsənov Quru Qoşunlarında əməliyyat təlimində - VİDEO
08.07.2026, 13:47 GÜNDƏM