Polşa ABŞ-la "F-35"-lərin alınmasına dair müqavilə imzalayacaq

Polşa ABŞ-la "F-35"-lərin alınmasına dair müqavilə imzalayacaq

DÜNYA

16.01.2020, 15:31

Polşa yanvar ayının sonunadək "F-35" qırıcı təyyarələrinin alınmasına dair ABŞ-la müqavilə imzalayacaq.

Bu barədə Polşanın Müdafiə naziri Mariuş Blaşak deyib.

"Biz danışıqları prinsipcə demək olar ki başa çatdırmışıq. Yalnız kiçik prosedur məsələləri var. İnanıram ki, bu ay ABŞ-la 32 ədəd "F-35" təyyarəsinin alınmasına dair müqavilə imzalayacağıq", - deyə Müdafiə naziri bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Konqres Polşaya 6,5 milyard dollar məbləğində 32 ədəd ən son "F-35" hərbi təyyarəsinin  satışını təsdiqləyib/APA.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR