"Parlament seçkiləri ilə bağlı KİV-də monitorinqlər aparılacaq" - Əflatun Amaşov

"Parlament seçkiləri ilə bağlı KİV-də monitorinqlər aparılacaq" -  Əflatun Amaşov

PRESS

16.01.2020, 11:00

“Medianın seçkilərə marağı kifayət qədər böyükdür”.

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, MŞ əvvəlki illərdə seçkilərlə bağlı monitorinq aparılıb: “Bəzən neqativ və xoşagəlməz hallar da müşahidə olunub. Seçkilərlə bağlı KİV təmsilçiləri üçün müəyyən treninqlər də keçirilib”.

MŞ sədri qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar KİV-də monitorinqlər aparılacaq: “Eyni zamanda, seçki günü bir neçə istiqamətdə fəaliyyət göstərəcək. Həmin gün "qaynar xətt" fəaliyyət göstərəcək. Jurnalistlər həmin "qaynar xətt" vasitəsilə üzləşdiyi problemləri Şuraya bildirəcəklər”.

Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR