"Aydındır ki, İran çox dəhşətli bir səhv edib" - Britaniyanın Baş naziri

img

14-01-2020 [13:34]


“Şadam ki, İran Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti öz üzərinə götürüb və bunu dəhşətli səhv adlandırıb”.

Bunu Böyük Britaniyanın Baş Naziri Boris Conson “BBC Breakfast” proqramına müsahibəsində deyib.

"Aydındır ki, İran çox dəhşətli bir səhv edib. Lakin ən əsası odur ki, biz bölgədə gərginliyin azaldığını görürük”, - deyə B. Conson qeyd edib. 

İranın valehedici ölkə olduğunu bildirən B. Conson vurğulayıb ki, İran xalqı hakimiyyətin yürütdüyü siyasətin əsirinə çevrilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA