11-09-2013 [17:25]
Bizim paltarımız və yeməyimiz, bizim hə-yat tərzimiz, fikirlərimiz, hislərimiz artıq bütün dünyanındır, buna görə elə düşünürəm ki, indiki dövr bütün xalqların inkişaf dövrüdü. Bunu an-caq qorxaqlar inkar edə bilər.
R.Taqor
Hörmətli bəylər və xanımlar, yaxınlarda böyük rus tənqidçisi Nikolay Dobrolyubovun "Oblomov" romanı haqqında geniş və dərin məzmunlu məqaləsini oxudum. Cəmi 25 il yaşamış, qısa bir ömrə çox hadisələri, çox hissləri sığışdıra bilmiş böyük rus tənqidçisiəDobrolyubovun "Oblomov" əsəri haqqında məqaləsinin əsas qayəsi bundan ibarətdi - bu gün bizə hər şeydən əvvəl doğma dilimizdə İRƏLİ deməyi bacaran adamlar lazımdı. Bu fikrin özü rus ədəbiyyatının, ümumiyyətlə, rus xalqının yaradıcılarından biri Qoqoldan gəlirdi. Əlbəttə, "Oblomov" əsərini oxuyan kəslər Dobrolyubovun nə demək istədiyini asanca anla-yacaqdır. Başqa bir dahinin, Spinozanın təbirincə desək, insanlara köləlikdən deyil, azadlıqdan danışmağın zamanıdır.
Məqalədən təsirlənərək və həvəslənərək bu vaxta qədər bütün yazdıqlarımı bir kənara qoyaraq, açıq ürəklə və tam səmimiyyətlə sizlərə xitab etmək qərarına gəldim. Kim necə istəyir elə də qəbul etsin, mən öz xoş niyyətimə arxayınam.
Hörmətli bəylər və xanımlar,əsrlərdi tarix özü bizim başımızı həqiqət daşına vurmaqdadı, lakin biz nəticə çıxarmaq əvəzinə səhvlərimizi təkrar etməkdəyik. Vaxtı ilə babalarımızın elmə, mədəniyyətə, kitaba, məktəbə qarşı göstərdikləri la-qeydliyin acı nəticələri göz qarşısındadı.
Osmanlılar "kafir əməlidir",- deyib dünyanın ən böyük tərəqqilərindən biri olan çap maşınını iki əsr yaxına buraxmadılar. Bu gün Türkiyədə minlərlə, yüzminlərlə insan savadsızlıqdan əziyyət çəkməkdədi. Nə vaxt ki elmə, mədəniyyətə, kitaba, elm adamına böyük diqqət və qayğı vardı, o zaman biz də güclü idik. Nə vaxt ki baş pula, eyş-işrətə qarışdı, o zaman biz də gülməli və acınacaqlı vəziyyətə düşməyə başladıq. Nə vaxt ki, Osmanlı imperiyası güclü idi, o zaman padşahlar çox sadə paltar geyinməkdə idilər. Osmanlı tənəzzül etdikcə padşahların əynindəki paltarların üstündə qiymətli daş-qaşların sayı da artmağa başladı. Burda sadə bir həqiqət var. Həsən bəy Zərdabi deyirdi: "Hər bir millətin nə dərəcədə xoşbəxt olması həmin millətin övladlarının təhsilindən asılıdı".
Bəli, elmin və təhsilin nə dərəcədə önəmli bir məsələ olması haqqında müxtəlif yönümlü böyük şəxsiyyətlər xeyli fikirlər söyləyiblər. Bu fikirlərin hamısından belə bir nəticə çıxarmaq olar: hansı xalq kitaba, elmə, mədəniyyətə diqqət göstərəcəksə, inkişaf edəcəkdir. Hansı xalq elmə, kitaba, məktəbə laqeyd münasibət göstərəcəksə, zəlil günə qalacaqdır.
Bu gün bizlər sındırılmış, əzilmiş, təhqir olunmuş bir vəziyyətdəyik. Müxtəlif bəhanələrlə, müxtəlif adlarla və müxtəlif rituallarla həqiqətdən qaçmaq istəsək də, əlbəttə, hər birimiz öz içimizdə nə gündə olduğumuzu başa düşməkdəyik. Bəlkə də elə buna görə bir-birimizə qarşı bu qədər sərtik. Adicə bir səhvi bağışlamaq istəmirik. Bir-birimizə qarşı günü-gündən daha da qəddar münasibət göstərməkdəyik. Gözümüzün qarşısında sərvətlərimiz talan olunmaqdadı. Bizi təhqir edirlər, dolayırlar. Bizi bir-birimizə düşmən ediblər. Bir-birimizin gözünün içinə dik baxa bilmirik. Hamımızı bir-birimiz qarşısında gözükölgəli ediblər. Bir tikə çörəyi min minnətlə əldə etməkdəyik. Bu gün bizləri idarə edənlər bizim kölə vəziyyətinə düş-məyimizlə razı olmayıb, övladlarımızın da onlar üçün kölə böyüdülməsini tələb etməkdədirlər. Eyni problemlərin məngənəsində sıxılan, eyni arzularla yaşayan insanlar bir-birilərinin qatı düşməninə çevriliblər. Bu düşmənçilik davam etdikcə, onlar bizi daha asanlıqla istismar edəcəklər. Əlbəttə ki, bu istismara zaman-zaman din, millət, dövlət, vətən kimi müxtəlif həssas adlar qoyulacaqdır.
Siyasiləşməmiş bir toplum olduğumuza görə biz sərvətlərimizin talan olunduğunu hələ də sona qədər dərk etmirik. Çünki biz ümumilikdə götürdükdə özümüzü bu ölkənin vətəndaşı kimi yox, bir kirayəşin kimi hiss etməkdəyik. Əlbəttə, bizim ölkəmizdə kirayədə yaşayan adamın heç bir huququ yoxdu. Sən musiqi dinləyə bilməzsən. Ev sahibi istənilən zamanə"kimi evə gətirmisən",- deyib, yataq otağına girə bilər. Uşaqlar oynaya bilməzlər. Divar kağızı yazılsa, bu, lap faciə ilə bitər. Bütün baş verənləri bir az dərindən götür-qoy etdikdə, bir çox əsaslı problemlərin kökündə savadsızlığın dayandığını açıq-aydın görəcəyik. Savadsız qövm daima qapaz altında yaşamağa məhkumdu. Çünki kitabı zibil qutusuna atan bir xalqı tarix gec-tez özü şəxsən zibil qutusuna atacaq. İldə altı səhifə kitab oxuyan ərəblər əlbəttə ki, xeyli dünya səviyyəli aktyor, rejissor, filosof, yazıçı, elm adamı yetişdirmiş yəhudilərin əlində aciz qalacaqdır. Başqa xalqın adını burda hallandırmaq istəməzdim, lakin bizlər öz geridə-qalmışlığımızı daima başqalarının üstünə atmaqda həvəsli olduğumuza görə yəhudiləri misal çəkməyə məcbur oldum.
Biz öz tənbəlliyimizə müxtəlif adlar qoymaqdayıq. Bəhanələrlə reallıqdan və məsuliyyətdən qaçmaq istəyirik. Bir az dərin düşünsək, buna "azadlıqdan qaçış" adı da qoya bilərik. Nədən ki, elmsiz və kitabsız xalq onsuz da özü öz həyatının sahibi deyil.
Bəli, sistem, idarəetmə çox şeyə qadirdi. Söhbəti uzatmayaq və sistemin bir xalqı necə başqa-başqa hallara saldığını Şimali Koreya və Cənubi Koreya nümunəsində görməkdəyik. Fərqli sis-tem bu eyni xalqı iki tamam vəziyyətə salıbdı. Cənubi Koreya həm kinosuyla, həm də texnikasıyla var qüvvətlə inkişaf etməkdəykən Şimali Koreya bütün dünyanın gülüş obyektinə çevrilib. Şimali Koreyada vəziyyət o həddə çatıb ki, artıq orda baş verənlərə daha gülmək də olmur. İnsanın o vəziyyətə salınması həqiqətən də çox acınacaqlıdır. Ümid edək ki, bəşəriyyət uzun illər bir daha belə bir idarəetmənin şahidi olmayacaq. Lakin biz "sistem günahkardır",- deyib də bütün məsuliyyəti sistemin üstünə atmalı və öz əməllə-rimizə haqq qazandırmalı deyilik.
Hər bir kəs faydalı insan olmağa, fayda verməyə qadirdi. Əgər insan yaxşı nümunə olmaq istəyirsə, buna hər bir şəraitdə, hər bir vəziyyətdə müvəffəq ola bilər. "Sistem pisdir",- deyib məsuliyyətdən yaxa qurtarmaq, hazırkı vəziyyətdə döyüş meydanından qaçmaq, fərarilik etmək de-məkdi.
Hər bir insanın fayda verə biləcək bir sahəsi var. "Masonlar bizi inkişaf etməyə qoymur",- kimi gülməli bəhanələri nəhayət, kənara atmalı və hər bir insan bacara biləcəyi, göstərə biləcəyi yaxşı nümunəni artıq göstərməlidi. Əgər masonlar inkişaf etməyə qoymurlarsa, onda qoy yaponları da inkişaf etməyə qoymasınlar. Başlarına iki atom bombası atdılar, lakin üstündən cəmi doqquz il keçəndən sonra "Yeddi samuray" kimi bir şedevr filmin çəkilməsinə nail oldular.
Heç kim bizim kitab oxumağımıza, tərcümələr etməyimizə, elmlə məşğul olmağımıza fərdi mənada mane ola bilməz. Heç olmamaqdansa, gec olmağı daha yaxşıdı.
Qarşıda bizi yeni dərs ilinin açılışı gözləyir. Gəlin, bu yeni dərs ilinin açılışını bir az böyük mə-nada qəbul edək. Təməldən başlamaq lazımdı. Qoy bu yeni dərs ilinin açılışı yaşından, peşəsindən asılı olmayaraq, hər bir kəs üçün yeni dərs ilinin açılışı kimi qəbul edilsin. Özümüz-özümüzü birinci sinfə göndərək. Səhvlərimizə bir nəzər salaq. Vaxtımızın qədrini bilək. Oxuyaq, öyrənək, sual verək. "Bilmirəm", "oxumamışam", "eşitməmişəm", "baxmamışam",- sözünü dilə gətirməkdən utanmayaq. Qoy, bu yeni dərs ilinin açılışında hər bir imkanlı insan bir şagirdin, bir tələbənin dərs ləvazimatlarının, geyiminin xərcini öz boynuna götürsün. Fildən yox, qarışqadan başlayaq. Ümid edirəm ki, bu xitab anlayışla qarşılanacaq. Bu qədər.
"Kassam tuqayları" 10 İsrail əsgərini öldürüb
Trampa qarşı daha bir ittiham ləğv olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Livana hücum: ölənlərin sayı 3768-ə çatıb
Ərdoğan: "Netanyahu və onun ətrafı üçün çəmbər getdikcə daralır”
Türkiyədə 70 kq qızılla tutulan diplomat Bakıya gətirilib - Haqqında həbs qərarı verildi + FOTOLAR (YENİLƏNİB)
Türkiyədə bəzi şəhərlərdə dərslərə ara verilib - Qara görə
Malatyada zəlzələ baş verib - 4,6 bal gücündə
Livanda bombalanma: xeyli ölən var - Meyitlərin bəziləri parçalanıb
NATO rəsmiləri Bakıya gəliblər
Azərbaycanda unikal hadisə: məhkəmə ustaya zorla ayağını öpdürən tiktoker haqda qərar verdi - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İspaniya klubları türk oyunçunu almaq istəyir
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTOLAR
QƏRARGAH RƏİSİ QANDALLANDI - Hərbi ekspertlik edən Ədalət Verdiyev iki maddə ilə tutulub
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
Hakan Fidanla NATO-nun baş katibi görüşüb - Ankarada
Deputat əmisi qızını işdən çıxarıb - Yerinə öz xanımını təyin edib
“Sabah”da baş məşqçi təyinatı olub
Zahid Oruc Milli Məclisdə: "Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa: "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib"
Bakıda hansı vacib qərarlar qəbul olundu? - Zahid Oruc yazır
"Çelsi" "Qalatasaray"ın qolçusunu alır - 75 milyon avroya
İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir