"Əli Kərimlidən başqa, hamını bu tədbirə dəvət etmişəm" - Pənah Hüseynin sualına belə cavab verildi

\"Əli Kərimlidən başqa, hamını bu tədbirə dəvət etmişəm\" - Pənah Hüseynin sualına belə cavab verildi

SİYASƏT

11.09.2019, 12:41

"Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən başqa, hamını bu tədbirə dəvət etmişəm".
Bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masaya bütün siyasi partiyaların sədrlərinin dəvət olunmaması fikrinə münasibət bildirərkən deyib.
O bildirib ki, dünən internet vasitəsilə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ünvanlarını və əlaqə vasitələrini tapıb, dəvət göndərib: "Təkcə Əli Kərimlini dəvət etməmişəm”.
APA

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR