Neft Fondu “Azəri-Çıraq-Günəşli” neft yataqlarından indiyədək 144 milyard qazanıb

img

08-08-2019 [12:56]


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2001-ci ildən bu il avqustun 1-nə qədər "Azəri-Çıraq-Günəşli” (AÇQ) neft yataqları blokunun işlənməsindən 143,366 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.

Fonddan Mia.az-a verilən məlumata görə, bunun 5,16 milyard dolları bu il əldə olunub.

Bundan başqa, ARDNF-ə 2017-ci ildən etibarən "Şahdəniz” yatağı üzrə qazın satışından isə 2,703 milyard dollar vəsait daxil olub. Bunun isə 209 milyon dolları bu ilin payına düşüb.

Beləliklə, Fond indiyə qədər neft-qaz layihələrindən 146,069 milyard dolar gəlir əldə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA