SOCAR-ın işçilərinin maaşı qalxdı - Rövnəq Abdullayev əmr imzaladı, vitse-prezidentə tapşırıq verildi

img

03-08-2019 [15:32]


SOCAR və qurumun tabeliyində işləyən bütün işçilərin maaşları qaldırılıb.

Mia.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də əmr imzalayıb.

Əmrə əsasən, bu ilin sentyabr ayının 1-dən SOCAR-ın aparat və tabeliyindəki bütün qurumlarda çalışanların aylıq vəzifə maaşı 20 faiz artırılacaq.

Əmrin icrası SOCAR-ın vitse-prezident Süleyman Qasımova tapşırılıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA