Çin: Qarşılıqlı rüsumların tətbiqinə dair məsuliyyət ABŞ üzərinə düşür

img

02-08-2019 [15:27]


"Çinlə ABŞ arasında qarşılıqlı rüsumların tətbiqinin nəticələri ilə bağlı bütün məsuliyyət ABŞ-ın üzərinə düşür". 

"Report” xəbər verir ki, bunu Çinin Kommersiya Nazirliyi ABŞ prezidenti Donald Trampın sentyabrın 1-dən etibarən daha 300 milyard dollarlıq Çin malına 10%-lik gömrük rüsumu tətbiq ediləcəyi barədə ötən gün verdiyi açıqlamanı şərh edərkən bəyan edib. 

Bu addımın Osakadakı G-20 sammitində əldə olunmuş ikitərəfli razılaşmadan geri addım olduğunu qeyd edən nazirlik ABŞ tərəfinin ticarətdə gərginliyi artırmasının dünya iqtisadiyyatına mənfi təsir göstərəcəyini vurğulayıb: "Ticarət müharibəsində qaliblər ola bilməz”.

Xatırladaq ki, bu ilin may ayında ABŞ hökuməti 200 milyard dollarlıq Çin malına rüsumları 10%-dən 25%-ə qaldırmış, Çin hökuməti isə nu il iyunun 1-dən 60 milyard dollarlıq ABŞ malına rüsum tətbiq etdiklərini bildirmişdi. İyul ayının axırında Osakada keçirilmiş G-20 sammitində iki ölkə liderlərinin görüşü zamanı ABŞ prezidenti məqbul ticarət razılaşmasına hazır olduqlarını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA