Gürcüstanda ərzaq məhsulları bahalaşıb

img

02-08-2019 [11:30]


Gürcüstanda illik inflyasiya 4,6% təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İyul ayında istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,02% azalıb. Aylıq inflyasiya göstəricisi tütünsüz 0,4%-ə bərabər olub. İllik müqayisədə qiymətlərdə 3,9% artım qeydə alınıb.

Ötən ay ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 0,2%, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 4,3%, süd, pendir və yumurtanın qiyməti 3,1%, balığın qiyməti 1,9%, ətin qiyməti isə 1,0% artıb.

Tərəvəzlərin qiyməti 8,1%, meyvə və üzümün qiyməti isə 2% ucuzlaşıb.

İllik inflyasiyaya gəlincə, qonşu ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 7,9%, alkoqollu içkilər və tütünün qiyməti 13,7%, nəqliyyat xərcləri 3,9%, istirahət xərcləri 5,6%, səhiyyə xərcləri isə3,5% artıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA