FED-in 11 ildən sonrakı son qərarı: dolların məzənnəsi son 2 ilin ən yüksək həddinə çatdı

img

01-08-2019 [15:22]


ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması qlobal maliyyə bazarlarında dolların məzənnəsini son 2 ilin ən yüksək həddinə çatdırıb. 

Bu barədə Rusiya mətbuatının məlumatına görə, dollar indeksi 2017-ci ilin may ayından bəri maksimal həddə - 98,363-ə çatıb.

Mütəxəssislər FED-in növbəti faiz azalmasına gələn ay gedəcəyini, sonra isə "fasilə” götürəcəyini ehtimal edirlər/Strateq.az.

Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) dünən 30-31 iyul tarixlərində keçirilən iclasların yekunu üzrə qərarını verib. Qərara əsasən,  faiz dərəcəsi 25 bənd azalıldaraq illik 2-2,25% səviyyəsinə endirilib.

Məlumat üçün qeyd edək ki, faizin aşağı salınması son 11 ildə baş vermirdi. Bu isə bir çox ekspertləri proqnozlarında yanıltmaqla yanaşı, bütün ölkələrin Mərkəzi Banklarını yeni qərarlar almağa sövq etməyə başlayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA