“Azərsu” ASC borc içində batır - Kredit borcları + SİYAHI

img

31-07-2019 [16:11]


"Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 243,523 mln. manat təşkil edib.

Səhmdar cəmiyyətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2% çoxdur.

Hesabat dövründə "Azərsu”yun Maliyyə Nazirliyinə borcu 27% artaraq 90,778 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 10,6% artaraq 60,569 milyon manat, Fransanın korporativ və investisiya bankı "Natixis”ə borcu 12,8% azalaraq 44,527 milyon manat, Dünya Bankına borcu 24,7% azalaraq 34,781 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu 16,05% azalaraq 73 min manat, "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borcu isə təxminən 3% artaraq 73 min manat olub.

Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz, KfW illik 0,75%-lə, "Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə, ABB isə illik 1%-lə verib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA