İran pul islahatına qərar verdi - Rialdakı 4 sıfır silinəcək

img

31-07-2019 [13:05]


İranın milli valyutasi olan rialdan 4 sıfırın silinməsi (denominasiya) ilə bağlı qanun layihəsinin bu ölkənin Nazirlər Kabineti təsdiq edib. 

"Report”un xəbərinə görə, bu barədə İran hökumətinin sözçüsü Ali Rebii mətbuata açıqlamasında deyib.

İran Mərkəzi Bankının sədri Abdunnasir Himmeti isə bundan öncə açıqlamasında rialdakı 4 sıfırın silinməsi ilə bağlı hökumətə təklif göndərdiklərini bildirmişdi.

A.Hümmətinin sosial media üzərindən yaydığı məlumata görə, hökumətin bu qərarı qəbulundan sonra 10 min rial 1 tümənə bərabər olacaq və 1 tümən isə yeni çıxacaq 100 riallıq əskinasla bərabərləşəcəyini deyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA