Baş nazir aksiz vergisi ilə bağlı qərarda dəyişiklik etdi

img

28-07-2019 [12:47]


Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

Mia.az xəbər verir ki, dəyişikliyə görə, "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə 2710 12 110 0 alt yarımmövqeyinə aid sətrin "Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda "1 ton üçün 80 manat” sözləri "1 ton üçün 1,0 manat” sözləri ilə əvəz edilib. 

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. 

Qeyd edək ki, həmin alt yarımmövqeyə "yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün” nəzərdə tutulan məhsullar daxildir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA