SOCAR ölkələr üzrə gəlirlərini açıqlayıb

img

04-06-2019 [13:34]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2018-cı ildə İsveçrədəki aktivindən gəlirləri əvvəlki ilə nisbətən 20% artaraq 94,503 mlrd. manat təşkil edib.

"Report” xəbər verir ki, bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

SOCAR-ın Azərbaycandakı gəlirləri 23% artaraq 6,626 mlrd. manat, Türkiyədə 0,95% artaraq 4,972 mlrd. manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 77,6% artaraq 2,352 mlrd. manat, Gürcüstanda 5,1% azalaraq 1,124 mlrd. manat, digər ölkələrdəki gəlirləri isə 44,5% artaraq 1,621 mln. manat təşkil edib.

Qeyd edək ki, 2018-cı ildə SOCAR-ın məcmu gəlirləri 20% artaraq 111,198 mlrd. manat olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA