"Nazirin bu sahəyə aidiyyəti yoxdur, müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssis, o biri politoloq..." - Sərt açıqlamalar
08-10-2025 [12:54]
"Çox təəssüf edirəm ki, kənd təsərrüfatında, yemçilikdə ciddi problem olduğunu uzun illərdir, vurğulayırıq. Nə etmək lazımdırsa, hökumətə bununla bağlı məsləhətlərimizi veririk. Buna baxmayaraq, hökumət, xüsusən, Kənd Təsərrüfatı Nazirliyi, demək olar, təkliflərimizi “iqnor” edir, heç bir iş də görə bilmirlər. Çox təəssüf… Əlbəttə, Azərbaycan çoxsaylı ölkələrlə ticari əlaqələrində ət idxalını getdikcə artırır, coğrafiya genişlənir. Əvvəllər Hindistandan, Braziliyadan, Rusiyadan, Qazaxıstandan, Gürcüstandan, Ukraynadan və digər ölkələrdən, son illər Monqolustandan ət idxal edirdisə, indi də Pakistandan ət idxal etməyi planlaşdırır. Əksər dünya ölkələri heyvandarlığın inkişafı ilə bağlı xüsusi qərarlar qəbul edirlər. Artıq dünya ölkələrində də çalışırlar ki, heyvanların baş sayını azaltsınlar, özlərini təmin edəcək həcmdə ət və ət məhsulları istehsal etsinlər. Dünyanın ən çox heyvandarlıq məhsulları ixrac edən ölkələrindən Braziliya, Amerika, o cümlədən Avropa ölkələri də son bir neçə ildə heyvanların baş sayının azalmasını qarşıya məqsəd qoyublar. Buna nail olurlar. Qlobal istiləşmə örüş ərazilərində seyrəklik yaradıb. Məhsuldarlıq aşağı düşüb. Buna görə də özlərinə əziyyət vermək istəmirlər. Ehtiyaclarını ödəyəcək həcmdə ət istehsal etməyə üstünlük verirlər. Daha çox istehsal edib, ixrac etməyi yox, yalnız öz tələbatlarını ödəməyi qarşılarına məqsəd qoyublar. Bu da bizim kimi ölkələr üçün problem yaradır”.
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli deyib.
Ekspert bildirib ki, Azərbaycan özünü ətlə, təxminən, 40%-ə qədər təmin edir: “Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi norma adambaşına il ərzində 78 kiloqramdır. Bu normanı həm də FAO (red. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) təsdiq edib. Əksər ölkələr bu normanı əsas götürərək ona uyğun istehsalla məşğuldur. Azərbaycan isə adambaşına daxili istehsal hesabına özünü, təxminən, 30-32 kiloqram, idxal edilən diri heyvanların hesabına isə 7-8 kiloqram təmin edir. Ümumilikdə, il ərzində adambaşına istehlak 42-43 kiloqramdır. Azərbaycan nəyə görə ət istehsal edə bilmir?
Birincisi, uzun müddətdir, deyirik ki, bu sahədə mütəxəssislər - müasir dövrün tələbatına cavab verən yaxşı zootexniklər, baytar həkimlər yetişdirmək lazım idi. Bu gün ölkədə geniş yayılan dabaq xəstəliyinin nədən yarandığını bununla əsaslandıra bilərik. Vaxtlı-vaxtında qabaqlayıcı tədbirlər görülmür, çünki xəstəliyi müəyyən edən mütəxəssislər yoxdur, yaxud çox azdır, çatdıra bilmirlər. Əsas səbəb isə budur ki, ölkədə yem istehsalı kifayət qədər deyil. Hətta sovet hökumətinin dövründə hər heyvan başına indikindən daha çox ot istehsal edilirdi. Həm də indi silos, senaj və şirəli yem, xüsusən yem çuğunduru, demək olar, istehsal edilmir. Belə halda əlbəttə, bu, yem çatışmazlığına gətirib çıxarır.
Nəticədə, heyvanların fiziki durumu zəifləyir, məhsuldarlığı azalır, bir çox halda xəstəliyə yoluxur. Tələfat hallarının da olduğunu görürük.
Digər tərəfdən məhsuldarlığın aşağı olması kəndlilərimizə sərf etmir. Onların əksəriyyəti bu sahədən uzaqlaşır. Heyvanlarını kəsimə verirlər, yaxud satıb, Bakıya köçürlər. Yem istehsalının az olmasının digər səbəbi budur ki, ölkədə kifayət qədər aqronom yoxdur. Sahə bu gün elə məmurlara həvalə olunub ki, onların sahə üzrə təhsilləri yoxdur.
Dəfələrlə deyirik, kənd təsərrüfatı naziri iqtisadçıdır. Onun kənd təsərrüfatına heç bir aidiyyəti yoxdur. Müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssisdir. Başqa bir müavini isə siyasətçidir – politoloq. Aparat rəhbəri də hüquqşünasdır. Nazirlikdə rəhbər vəzifədə bir nəfər də olsun, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis yoxdur. Eləcə də Nazirlər Kabinetində, Prezident Administrasiyasında eyni vəziyyətdir – nə aqronom, nə baytar həkim, nə də zooteknik var. Çox təəssüflər olsun, Milli Məclisdə də deputatlardan heç biri kənd təsərrüfatı üzrə mütəxəssis deyil. Sahə üzrə qanunlar, proqramlar qəbul edilir, tapşırıqlar verilir, mütəxəssis yoxdur. Əlbəttə, belə olan halda kənd təsərrüfatında məhsuldarlıq aşağı düşür, məhsulun maya dəyəri artır, rəqabət qabiliyyətliliyi olmur. Kənddə yaşayan əhalinin, demək olar, 90%-i bu gün işsizdir. Nə edəcəklərini bilmirlər. Buna görə də hələ uzun müddət ət idxal edəcəyik. Get-gedə idxal da azalaq. Səbəbləri isə izah etdik. Kəsim üçün əvvəl Gürcüstandan diri heyvanlar idxal edirdiksə, indi Pakistana gedib çıxmışıq. Hələ çalışacağıq, Afrika ölkələrindən də nəsə gətirək…”
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam