Xanyurdu kəndinə növbəti köç olub

img

08-10-2025 [12:59]


Xocalının Xanyurdu kəndinə oktybarın 8-də növbəti köç həyata keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayyıb.

Bildirilib ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 69 nəfərdən ibarət 18 ailə bu gün Xanyurdu kəndinə qayıdıb. Rəsmilər, sakinləri doğma kəndlərinə dönüş münasibətilə təbrik edib, yeni tikilmiş fərdi yaşayış evlərinin açarlarını onlara təqdim ediblər.

Qeyd edək ki, Xanyurdu kəndində sakinlər üçün müasir standartlara uyğun fərdi evlər inşa olunub, elektrik, qaz, su təchizatı, rabitə və internet infrastrukturu tam şəkildə təmin edilib.

Xatırladaq ki, bugünədək Xocalı rayonunun Xanyurdu kəndinə 69 ailədən ibarət 237 nəfər keçmiş məcburi köçkün köçürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA