Gürcüstanda ərzaq məhsulları bahalaşıb

img

03-06-2019 [14:35]


Ötən ay Gürcüstanda inflyasiya 0,5% təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 4,7%-ə bərabər olub.

May ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,2%, tərəvəzlərinqiyməti 8,1%, meyvə və üzümün qiyməti 7,1%, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 2%, ətin qiyməti 1,8%, balığın qiyməti isə 1,2% bahalaşıb. Süd, pendir və yumurtanın qiyməti isə 5,7% ucuzlaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 7,9%,alkoqollu içkilər və tütünün qiyməti 21,1%, nəqliyyatxərcləri 3,2%, səhiyyə xərcləri isə 3% artıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA