"Əgər "A" deyilirsə, “B” də deyilməlidir" - XİN-dən Paşinyanın açıqlamasına daha bir reaksiya

img

12-04-2019 [14:17]


Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın fikirlərini şərh edib.

Nazirliyin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, şərhdə deyilir ki, N.Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi "sülh mühitinin yaradılması" Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil:

"Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər "A" deyilirsə, "B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA