11-04-2019 [14:31]
"Heydər Əliyevlə münasibətlərim olduqca mürəkkəb idi, bu münasibətlər o, istefa verdikdən sonra xeyli yaxşılaşdı. O, Moskvada olanda mən onunla ünsiyyət saxlayırdım və heç kim onun dönəcəyini hətta xəyal belə edə bilməzdi. Və o, geri döndükdən sonra biz bir müddət əlaqə saxladıq, o, mənim və qardaşımın yubileyində iştirak etdi. İlham Əliyevlə münasibətlərim həmişə çox yaxşı olub, o çox tərbiyəli, hörmətcil, yaşlı insanlara hörmətlə yanaşan insandır və münasibətlərimiz çox yaxşı idi".
MİA.az Virtualaz.org-a istinadən xəbər verir ki, məşhur kinodramaturq Rüstəm İbrahimbəyov bunları "Dojd” telekanalına müsahibəsində deyib.
Məşhur kinorejissor Azərbaycan hökuməti ilə əlaqələrinin kəskinləşməsindən də danışıb. R.İbrahimbəyov əmindir ki, Azərbaycanda hakimiyyət öz mahiyyəti etibarilə yekcins deyil. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl Bakıda onun başının üstünü təhlükə alıbmış: "Təhlükə kifayət qədər ciddi idi. Və nə vaxt ki, mən qardaşımın dəfninə gəldim, bəzi yüksək vəzifəli şəxslər dedilər: "Ah, bizim hakimiyyət necə də humanistdir, biz İbrahimbəyova dəfnə gəlməyə icazə verdik". Mən, təbii ki, onlara güldüm. Yəni başqa yerlərdə olduğu kimi, Azərbaycanda da hakimiyyət yekcins deyil. Orada çox radikal güclər var, hansılar ki, axırıncı dəfə, yarım il əvvəl -"Qafqaz triosu" filmimin ekranlara çıxması ilə əlaqədar mənimlə haqq-hesab çəkmək istədilər. Yarım il əvvəl elə bir KİV orqanı yox idi ki, mənə çamur atmasın”.
R. İbrahimbəyovun sözlərinə görə, Bakıda onu titullarından və mükafatlarından məhrum etməyə çağırıblar, hətta Prezidentə müvafiq fərmanın layihəsi də təqdim olunub. Ancaq İ.Əliyev həmin fərman layihəsini, sözün hərfi mənasında, cırıb atıb: «Sizə deməliyəm ki, bu həqiqətdir, beş ay əvvəl mənim bütün titullardan və mükafatlardan məhrum edilməyim barədə prezident fərmanının layihəsi ona təqdim olunanda o, "bu biabırçılığı qurtarın” deyib və həmin layihəni cırıb atıb. Buna görə demək istəyirəm ki, orada hakimiyyət müxtəlif tərkiblidir".
R.İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirakından da danışıb. Onun sözlərinə görə, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə, sözün müstəqim mənasında, təhrik ediblər. Və o öz keçmiş qərarına görə çox heyfsilənir: "Bütün məsələ ondadır ki, təxminən 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı çox ciddi problemlər yaranmışdı. Ziyalılar praktiki olaraq, ölkənin həyatında hansısa əhəmiyyətli bir rol oynamağı dayandırmışdılar. Mən uzun müddət hamını çağırırdım ki, belə olmaz, Azərbaycanda ziyalılar var, amma ziyalılarlar sosial təbəqə kimi yoxdur. Əvvəlcə Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandırılan bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər, amma çoxları deyirdilər ki, bu Şuraya sənə görə daxil olacağıq və daxil də oldular”.
R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda ona məhz onun namizədliyini irəli sürəcəklərini bildiriblər: "Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq. Və qabaqcadan gördüyüm kimi, mənə Rusiya vətəndaşlığından vaxtında çıxmaq imkanı vermədilər. Prinsip etibarilə, bu məni çox sevindirdi. Və nəticədə mən, necə deyərlər, prezident yeri uğrunda mübarizədən çıxdım".
R. İbrahimbəyov müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Kinorejissorunun sözlərinə görə, Ermənistanda azərbaycanlılara qarşı daha çox dözümsüzdürlər, nəinki Azərbaycanda ermənilərə: "Azərbaycan ərazilərinin tutulması — bu, ağılsız, heç nə ilə bəraət qazandırılmayacaq təcavüzdür. Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən işğal edilib, bu XX əsrdə olub".
R. İbrahimbəyov Azərbaycanda rus dilinə və Rusiyaya xüsusi, ehtiyatlı münasibət haqda da danışıb: "Azərbaycanda çoxlu rus məktəbləri var, bundan əlavə, onlar təkcə Bakıda yox, həm də rayonlarda çoxdur. Bu bir praqmatik fikirlə bağlıdır: son vaxtlara qədər bir çox azərbaycanlılar əyalətlərdən işləməyə Rusiyaya gedirdilər, buna görə onlara rus dilini bilmək lazım idi. Və rus məktəbləri Azərbaycanda istənilən başqa respublikada olduğundan daha çoxdur. Bizdə Slavyan institutu var, bizdə Moskva Dövlət Universitetinin və Moskvanın hansısa başqa ali məktəbinin filialları var”.
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb