Mehman Hüseynovu aeroportdan xaricə buraxmadılar - Prokurorluq qadağa qoyub

img

09-04-2019 [13:33]


Bir müddət öncə həbsdən buraxılan bloger Mehman Hüseynov bu gün Azərbaycanı tərk etmək istəsə də, aeroportdan geri qaytarılıb.

Bunu M.Hüseynovun özü sosial şəbəkədə yazıb. 

Bildirib ki, Binə hava limanında ona ölkədən çıxışına qadağa qoyulduğu xatırladılıb. Blogerə onun ölkədən kənara çıxışına Baş prokurorluq tərəfindən qadağa qoyulduğu söylənilib.

"Mən xaricə gedib səhətimdə olan çox ciddi problemləri həll etməli, muayinədən keçib cərrahi əməliyyat olunmalı idim”, - bildirən M.Hüseynov ölkədən xaricə buraxılmamasına etiraz edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA