Kələm niyə kəskin bahalaşır? - Nazirlikdən şərh + VİDEO

img

04-04-2019 [21:01]


Bazarlarda kələm bahalaşıb.

Bir müddət əvvəl 1 kiloqramı 70-80 qəpiyə satılan kələmin qiyməti indi 1 manat 40 qəpiklə 2 manat arasında dəyişir.

Satıcılar qiymətlərin kəskin artmasını bir sıra səbəblərlə izah edirlər. Əsas səbəb bölgələrdə, xüsusən də Bərdədə kələmin azalmasıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə isə deyib ki, qiymətlərin artmasının əsas səbəbi kələm ixracının kəskin artmasıdır.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda qonşu ölkələrdə yerli kələmə ciddi tələb var. Bu səbəbdən bütün regionda məhsul qıtlığı yaşanır.

Firdovsi Fikrətzadə onu da bildirib ki, yaxın günlərdə bazara Qusardan və digər bölgələrdən məhsul daxil olduqca, qiymətlər stabilləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA