"Unibank”la saziş qüvvədən düşdü, Fransanın "AXA" sığorta qrupu Azərbaycanı tərk etdi

img

04-04-2019 [22:21]


Fransanın "AXA" sığorta qrupunun Azərbaycandakı törəməsi "AXA Mbask" Sığorta Şirkəti ASC-nin yerli iş adam, "Unibank” ASC-nin Müşahidə Şurasının üzvü Elxan Qəribliyə satılması ilə bağlı 21 may 2018-ci il tarixində imzalanmış niyyət sazişi qüvvədən düşüb.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, "AXA Mbask" yeni sığorta müqavilələrinin bağlanılmasını dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərinin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə, mümkün olan müddətdə ölkədəki fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA