Azərbaycanla Oman arasında Birbaşa İnvestisiya Fondu yaradıldı - Mikayıl Cabbarovdan açıqlama

img

08-10-2025 [13:05]


Azərbaycan İnvestisiya Holdinqi və Oman İnvestisiya Qurumu arasında dəyəri 200 milyon ABŞ dolları olan Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.

Mia.az xəbər verir ki, bu haqda İqtisadiyyat naziri Mikayıl Cabbarov açqlama evrib.

Onun sözlərinə görə, Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpa olunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA